Cəmiyyət

Azərbaycanlı gənclər “Türk Dövlətləri Təşkilatının IV Gənc Liderlər Forumu”nda iştirak ediblər – FOTO

Sharing is caring!

Türk ölkələrinin gənclər paytaxtı elan olunmuş Buxara şəhərində “Türk Dövlətləri Təşkilatının IV Gənc Lider Forumu” keçirilib.

Forumun ilk günü açılış mərasimində Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev çıxış edib, daha sonra “Sosial sahibkarlıq – Biznes və Media” mövzusunda ilk sessiya baş tutub. Sessiyada “Enactus Azərbaycan”ın proqram direktoru Rəşad Zeynalov və bloqer Jalə Ələkbərova spiker qismində iştirak ediblər. 

Paralel olaraq “Mədəniyyət, incəsənət və idman” mövzusunda keçirilən sessiyada Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Cavanşir, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin üzvləri Nicat Səfərov, Əli Abdullazadə, Emil Zadayev, həmçinin “Demokratik Azərbaycan Naminə” Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud çıxış ediblər.

Forum çərçivəsində Türk ölkələrindən gələn nümayəndələrlə birlikdə ağac əkilib və Buxara şəhərinin görməli və tarixi yerləri ziyarət edilib.

Forumun son gün isə türk ölkələrdən olan gənclərin Səlcuq Bayraktarla görüşü keçirilib.
Forum 2021-ci ilin 20 sentyabrında Özbəkistanda keçirilmiş Türk Dövlətləri Təşkilatının gənclər və idman nazirlərinin beşinci iclasının qərarına əsasən təşkil edilib.  

Türk Dövlətləri Təşkilatının I Gənc Liderlər Forumu 2018-ci ildə Naxçıvanda keçirilib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir