Cəmiyyət

Məşhur iş adamının övladlarının “Tik-Tok” MACƏRALARI – İtə antrekot yedirdir, yol polisini dolmaqla fəxr edirlər – VIDEO

Sharing is caring!

Boynunda qızıl zənciri olan it qucağında, qiyməti bir neçə yüz min manat olan, 5.7 mühərrik “Land Cruiser” yüksək sürətlə hərəkətdə…

Pia.az xəbər verir ki, iş adamı Yaşar Cabbarovun övladları öz geniş imkanları və
dəbdəbəli həyatları “tik-tok” sosial şəbəkəsinin ulduzuna çevriliblər. Onların
paylaşdıqları videolar isə heç də birmənalı qarşılanmır. Cabbarov qardaşları “Shila
zakon tanımır”, adlı bir videoda boynu qızıl zəncirli itə quzu qabırğasından kabab –
antrekot yedizdirirlər.
Qardaşların birinin bunun ardınca paylaşdığı videoda isə əlindəki qızıl suyuna çəkilmiş
“Vertu” telefonla timsah dərisindən olan ayaqqabısını təmizləyir. Qulağına 2 “Vertu”nu
birdən tutub videoya çəkdirən Cabbarov duzsuz fon musiqini “bi dəə belə, bidənə elə,
eliyə bilərsən belə”, ürək bulandırcı sözlərlə zənginləşdidir.
Başqa bir video isə “Shtrafnoya gederik” adlanır. Yenə də həmin bahalı “Land
Cruiser”dən daha biri, maşının salonundan çəkilmiş videodan görünür ki, qarşıda
sayrışan işıqlarını yandırmış yol polisinə məxsus Az 99 YP 279 nömrə nişanlı avtomobil
hərəkətdədir. Şərhlərdə isə istifadəçilər “söhbət nə ilə qurtardı”, sualı yazır, məşhur iş
adamı Yaşar Cabbarovun övladı dollar topası üstündə dayanan birinin videosunu
paylaşır və “Azərbaycanda hər şey pulla həll olunur”, cavabını yazır.
“Sədərək” və “Binə”də böyük mağazaları olan məşhur iş adamı Yaşar Cabbarovun
övladlarının “tik-tok”da bu sayaq videoları bir deyil, iki deyil, onlarladır.
Başqa bir video “Niva” da aldılar” adlanır. Maşının yük yeri videoda xüsusi olaraq
diqqətə çatdırılır. Orada 2 iri, 10 nisbətən kiçik ölçülü səsgücləndiricilər quraşdırılıb.
Yaşar Cabbarovun övladları bu səsgücləndiriciləri işə salıb Bakının bir tərəfində musiqi
dinləmək fikrinə düşsələr, şəhərin o biri tərəfində əllərini qulaqlarına tutanlar olar.
Diqqətçəkən daha bir məqam isə Az 90 XY 890 nömrə nişanlı “Niva”nın avtoşsayağı
dizayn olunmasıdır.
Videodan da görünür ki, “papalarının gül balaları” “Niva”nı Bakıda sürürlər.
Digər bir video “Qalik də aldılar” haştaqı ilə paylaşılıb. “Gelenvagen Brabus”da Yaşar
Cabbarovun övladları öz bahalı həyatlarını nümayiş etdirirlə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir