Cəmiyyət

Bakıda “Müharibə uşaqlarına” adlı sərginin açılışı olub – FOTO/VİDEO

Sharing is caring!

Bu gün Bakıda “Müharibə uşaqlarına” adlı sərginin açılışı olub.

Oxu.Az xəbər verir ki, sərgi müharibənin dəhşətlərini yaşamış ukraynalı uşaqlara kömək etmək məqsədi daşıyır. 

Sərgidən əldə olunan gəlir yardım məqsədilə Ukrayna səfirliyinin xüsusi olaraq açdığı hesaba köçəcək.

Layihənin müəllifi telejurnalist Şakir Eminbəyli ideya onun olsa da, rəssamların əməyinin əsas olduğunu vurğulayıb:

“Layihəni gerçəkləşdirmək üçün dəstək lazımdır. Burda işin alınmasında əsas rol oynayan bizim rəssamlarımızdır. Burda sərgilənən rəsmlər hər biri dəyərli əsərlərdir. Burda rəsmlərin satışından əldə olunan gəlir Ukraynada müharibədən əziyyət çəkən uşaqlara xərclənəcək”.

Art Qalereyanın sahibi Leyla Xəzəri bu cür xeyriyyə layihəsinə ev sahibliyi etdiyi üçün məmnunluğunu bildirib:

“Ukraynada zərər çəkmiş uşaqlara dəstək olmaq istədik. Azərbaycan xalqı da müharibədən keçib, bu bizə yaxın bir mövzudur. Biz rəssamlar necə dəstək ola bilərik? Ancaq əsərlərimizlə . Şakir bəy bizə müraciət etdi və biz ikiəlli dəstək olduq. Burda həm gənc rəssamların, həm də tanınmış rəssamların əsərləri var”.

Qeyd edək ki, sərgi May ayının 28-dək davam edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir