Cəmiyyət

Gəncədə yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb

Sharing is caring!

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Şah İsmayıl Xətai prospektinlə qeydə alınıb. Gəncə sakini, 1963-cü il təvəllüdlü Vəliyev İlyas Oruc oğlu yolu qarşı tərəfə keçərkən avtomobil onu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir