Cəmiyyət

Kürdəmir sakinlərinin bitməyən yol dərdi – VİDEO

Sharing is caring!

Kürdəmirin Dədə Qorqud küçəsinin sakinləri illərdir ki, yolsuzluqdan əziyyət çəkir. 

Rayonun “Cənub məhəlləsi” adı ilə tanınan küçədə gedib-gələrkən sürücülər bir dərd, piyadalar isə ayrı bir dərd çəkir. 

Məsələ ilə bağlı Rayon İcra Hakimiyyətindən bildirilib ki, Dədə Qorqud küçəsi və əlavə 7 küçədə abadlıq işlərinin görülməsi nəzərdə tutulur. 

“Bununla əlaqədar aidiyyəti qurumlara müraciət olunub. Vəsait ayrıldığı təqdirdə bu işlər davam etdiriləcək”, – deyə qurumdan əlavə edilib. 

Qeyd edək ki, rayonun əsas küçələrindən olan və asfalt üzünə həsrət qalan bu ərazidən hər gün 2 minə yaxın sakin istifadə edir. Yolun abadlaşması isə aidiyyəti qurumların nəzərdə tutulan planı həyata keçirməsindən sonra mümkün olacaq.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir