Cəmiyyət

Cimi kəndinin sakinləri çıxılmaz vəziyyətdə qalıb – VİDEO

Sharing is caring!

Quba rayonunun Cimi kəndinin sakinləri yol problemindən əziyyət çəkir.

Belə ki, kənddə yerləşən çayın üzərində körpü olmadığına görə, insanlar çayın içindən avtomobillə keçir. 

Onlar dəfələrlə çayın üzərində körpü qurulması üçün aidiyyəti qurumlara müraciət etsələr də, bunun heç bir nəticəsi olmayıb.

Hazırda kəndin 9 şagirdi o çayı keçərək hər gün dərsə gəlməyə məcbur olur. Bu isə onların həyatı üçün ciddi təhlükə yaradır. 

Qeyd edək ki, 3 il öncə kənd sakini azyaşlı uşaq həmin çayda boğularaq ölüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir