Cəmiyyət

Nazir həkimlərin maaş artımı barədə: “Xüsusi mexanizmlər hazırlanır”

Sharing is caring!

Səhiyyə sistemində çalışan həkimlərin maaş artımı nəzərdə tutulur. Bununla bağlı xüsusi mexanizmlər hazırlanacaq.

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

O bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev mətbuat konfransında bu məsələ ilə bağlı da açıqlamalar verib:

“Sözügedən mexanizmlər tam hazır olduqdan sonra media üçün mətbuat konfransı keçiriləcək. Mən özüm sizə və ictimaiyyətə bu barədə məlumat verəcəyəm”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir