Cəmiyyət

Azərbaycanda polisə qeyri-adi ŞİKAYƏT: Saçını kəsib üzünə iynə ilə xəsarət yetirdi

Sharing is caring!

Lənkəran rayonunda özünə xəsarət yetirən qadın polisə yalan məlumat verib. 

Oxu.Az-ın məlumatına görə, rayon sakini polisə müraciətində evinə iki maskalı şəxsin daxil olaraq onu hədələdiyini, zor tətbiq edərək qızıl-zinət əşyalarını oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a bildirilib ki, məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb:

“Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qadının polisə bilərəkdən yalan məlumat verdiyi və heç bir quldurluq hadisəsinin baş vermədiyi müəyyən edilib. Araşdırmalarla qadının ailə üzvləri ilə yaşadığı münaqişə zəminində qayçı ilə öz saçını kəsdiyi, iynə ilə üz nahiyəsinə xəsarətlər yetirdiyi və zorakılığa məruz qalması ilə bağlı polisə bilərəkdən yalan məlumat verdiyi məlum olub. Qeyd olunanlar barədə bilərəkdən yalan məlumat verdiyini həmin şəxs özü də etiraf edib”. 

Hazırda faktla bağlı araşdırmalar aparılır.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir