Cəmiyyət

Bakıda iki körpəsini sığınacağa atan qadın: “Özümü və uşaqları benzinlə yandıraram” – VİDEO

Sharing is caring!

Ötən gün uşaqlarını sığınacağa ataraq gedən qadının görüntüləri yayılıb.

Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

O qeyd edib ki, dünən uşaqlarını sığınacağa qapıdan tələsik verib gedən qadının görüntülərini ictimailəşdirməkdə məqsəd qadının səhər gəlib polis işçilərinə, eləcə də sığınacaq işçilərinə qeyri-etik ifadələr işlədərək uşaqları geri götürmək istədiyini bildirməsidir:

“Biz uşaqları qadına vermədik. Uşaqları yalnız yerli icra hakimiyyətinin qərarından sonra qadına təhvil verə biləcəyimizi bildirdik. Bundan əlavə, qadın uşaqları və özünü benzinlə yandıracağı ilə bağlı hədələr işlətdi”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir