Cəmiyyət

Sədr: “İşsizlər üçün çətin, orta və asan kateqoriyalar üzrə bölgü olacaq”

Sharing is caring!

“İşsiz şəxslərin müraciətləri elektronlaşdırılacaq və onun məşğulluq imkanları qiymətləndiriləcək. Məşğulluq imkanları qiymətləndirildikdən sonra o, üç qrupa bölünəcək”

Oxu.Az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Əmək və Məşğulluq” altsisteminin təqdimatı ilə bağlı keçirilən brifinqdə deyib.

Sədrin sözlərinə görə, əmək bazarında məşğulluq imkanlarının təmini baxımından çətin, orta və asan kateqoriyalar üzrə bölgü olacaq:

“Bunun nəticəsində şəxsə fərdi məşğulluq proqramı təsdiq olunacaq. Onun icrası nəticəsində isə biz işsizlərin əmək bazarına inteqrasiyasının ardıcıl həyata keçirilməsini təmin edəcəyik”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir