Dünya

Rusiya işğal etdiyi Xersonda ukraynalılar üçün “Instagram” və “Facebook”u bağlamaq istəyir

Sharing is caring!

Xerson vilayətinin Rusiya qoşunları tərəfindən müvəqqəti işğal olunmuş hissəsinin “administrasiyası” yerli sakinlərin sosial şəbəkələrə, xüsusən də “Instagram” və “Facebook”a daxil olmasını əngəlləməyi planlaşdırır.

Bu, qondarma “Xerson vilayəti başçısının müavini” Kirill Stremousovun sözlərindən aydın olub.

O əlavə edib ki, hətta “adları ilə regionu gözdən salan və ekstremist təşkilat kimi çıxış edən digər platformalara da girişin qarşısının alınması planlaşdırılır”.

Qeyd edək ki, bundan əvvəl rusiyalılar Xerson vilayətinin “rubl zonasına keçdiyini” bəyan etmişdilər. Onlar deyirlər ki, “keçid dövrü dörd aya qədər davam edəcək”. Onların fikrincə, bu müddət ərzində həm rubl, həm də qrivna istifadə ediləcək, sonra isə rubla tam keçid olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir