Cəmiyyət

Şirvan sakinlərinin yeraltı dərdi gün üzünə çıxdı – VİDEO

Sharing is caring!

Şirvanda böyük bir məhəllə kanalizasiya sularının girdabında batır.

Köhnə şəhər adlanan ərazidə H.Aslanov, S.Mehmandarov və digər yaxın küçələrdə təxminən 300-dən çox fərdi yaşayış evi yerləşir.

Sakinlər qeyd edir ki, ərazidə bu günə kimi kanalizasiya sistemi olmayıb. Kanalizasiya açıq çalovlarla axır. Onu da qamış basıb, qabağı kəsilib, çirkab sular həyətlərə, evlərin zirzəmilərinə dolur. Odur ki, məhəllədə üfunət və antisanitar vəziyyət hökm sürür. Kanalizasiya şəbəkəsi olmayan məhəllə ilə bağlı “Azərsu” ASC-dən bildirilib ki, həmin ərazidə mərkəzləşdirilmiş kanalizasiya infrastrukturu qurulmayıb.

“İlkin olaraq şəhərin mərkəzi hissələrində su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri aparılır. Növbəti mərhələlərdə isə bu işlərin şəhərin ətrafını, eləcə də “Köhnə şəhəri” əhatə etməsi planlaşdırılır”, – deyə qurumdan qeyd edilib.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir