Cəmiyyət

Abşeronda keçmiş məhkum qətlə yetirilib

Sharing is caring!

Abşeron Rayon Polis İdarəsinə aprelin 30-da saat 23 radələrində Qobu qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş 59 yaşlı Gülağa Əliyevin öldürülməsi barədə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə onun qəsəbə sakini Zamir Ağaliyev tərəfindən bıçaqla qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Z.Ağaliyev tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir