Cəmiyyət

Maşın bazarında durğunluq yaşanır – qiymətlər isə “əl yandırır” – VİDEO

Sharing is caring!

Avtomobil bazarında hibrid avtomobillərin satışında duğrunluq yaranıb. Alıcı qıtlığından gileylənən satıcılar qiymətlərin bahalaşdığını da etiraf edirlər. Xarici avtomobil bazarından ikinci və üçüncü əl olaraq alınan bu avtomobillər yerli bazarda heç də ucuz satılmır. Elə durğunluğun da səbəbi budur. Bu avtomobilləri satan kifayət qədər olsa da, alan azdır.

Oxu.Az xəbər verir ki, bu barədə Xəzər TV sujet hazırlayıb.

Söhbət hibrid avtomobillərdən gedir. Satıcılar bu avtomobillərə tələbatın əvvəlki aylara nisbətən azaldığını deyir.

Avtomobil sayı kifayət qədər olsa da, bazarda alıcı tək-tək gözə dəyirdi. Onlar da axtardığı avomobili tapmaqda çətinlik çəkirdilər.

Satıcılar bildirib ki, bu avtomobillərin qiymətində 4-5 aydır bahalaşma var. Onlar bahalaşmanın səbəbini isə daşınma xərcləri ilə əlaqələndiriblər.

Qeyd edək ki bu avtomobillər ölkəmizə əsasən ABŞ və Koreyadan dəniz yolu ilə gətirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir