Dünya

Rusiya Ukrayna və Belarus sərhədinə qoşun və texnika cəlb edir

Sharing is caring!

Rusiya Ukrayna və Belarus sərhədinə daha çox qoşun və texnika cəlb edir.

Bununla bağlı yayılan peyk görüntülərində Belarusun Zyabrovka hava limanı ərazisində hərbi yük maşınlarının sayının artdığını görmək mümkündür. Eyni zamanda hərbi şəhərciyin ərazisinin genişləndiyi də müşahidə olunur.

Jurnalistlər sözügedən ərazinin peyk görüntülərini təhlil edib. Belə nəticəyə gəliblər ki, son bir ay ərzində orada aktiv dəyişikliklər baş verir: çoxlu sayda Rusiya hərbçiləri və yeni texnika gətirilir.

Qeyd edək ki, bir ay ərzində Ukrayna ilə sərhəddə bir neçə qum bəndinin də görüntüləri ortaya çıxıb. Hal-hazırda tikinti işləri davam edir.

Hadisə şahidləri də baş verən dəyişikliyi təsdiqləyiblər.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir