Cəmiyyət

“Şahin” hərbi-idman oyunu üzrə Abşeron rayon birinciliyinin qalibləri məlum olub

Sharing is caring!

Abşeron rayonunda “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib. Məlumat üçün bildirək ki, Rayon İcra Hakimiyyətinin dəstəyi və rayon Gənclər və İdman İdarəsinin, rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutan yarışda əsasnaməyə uyğun olaraq məktəblərin VIII-X sinif şagirdləri iştirak edib.
İştirakçılar əvvəlcə torpaqlarımızın müdafiəsi və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçən igid, qəhrəman vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev çıxış edərək “Şahin” hərbi – idman oyununun keçirilməsində məqsədin məktəblilər arasında aparılan hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərinin hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlığını inkişaf etdirməkdən ibarət olduğunu diqqətə çatdırıb.
Yarışın yekun nəticəsinə əsasən Saray qəsəbə 3 saylı tam orta məktəbin komandası I yerə, Novxanı kənd 1 saylı tam orta məktəbin komandası II yerə və Mehdiabad qəsəbə 2 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülüblər.
Qalib komandalara Gənclər və İdman idarəsinin diplomları təqdim edilib.
Qeyd edək ki, Yarışın qalibi olan Saray qəsəbə 3 saylı tam orta məktəbinin komandası Sumqayıt şəhərində keçiriləcək zona birinciliyində Abşeron rayonunu təmsil etmək hüququ qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir