Manşetüstü

Azərbaycan öz məqsədlərinə doğru inamla irəliləyir

Sharing is caring!

Azərbaycan Ordusunun böyük Qələbəsinin doğurduğu nəticələr dünyanın bütün nüfuzlu beynəlxalq təşkilatları tərəfindən qəbul olunub və ölkəmizin işğaldan azad etdiyi, həmçinin Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olan ərazilər üzərindəki suveren hüquqları müzakirə predmeti deyil, ola da bilməz. Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki nitqində bununla bağlı bütün məqamlara həm ətraflı, həm də faktlara istinad etməklə aydınlıq gətirdi.
Bütövlükdə həm postmünaqişə dövründə, həm də bu ilin birinci rübündə Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə həyata keçirilən tədbirlər, ölkəmizin qatıl¬dığı beynəlxalq platformalarda, ikitərəfli və üçtərəfli görüşlərdə qəbul olunan yekun sənədlər, ayrı-ayrı təsisatların və dövlətlərin müxtəlif platformalarda ifadə olunan mövqeyi dünyanın regi¬onda yaranmış reallıqlara Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası, sərhədlərinin toxunulmazlığı müstəvisindən yanaşdığını təsdiqləyir.
Ötən dövr ərzində ölkəmizin digər beynəlxalq təsisatlardakı fəaliyyətinin də kifayət qədər uğurlu olduğunu qeyd edən siyasi ekspert bildirib ki, bu xüsusda dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatını və ölkəmizin bu təsisat çərçivəsindəki uğurlu fəaliyyətini qeyd etmək yerinə düşər. Təsisata üzv dövlətlərin razılığı və dəstəyi ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin daha bir il uzadıl¬ması dövlətimizə və onun liderinə yüksək etimadın və rəğbətin göstəricisidir. Geridə qalan zaman kəsiyində Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsindəki fəaliyyəti, eləcə də İƏT-lə ortaq işbirliyi kifayət qədər səmərəli və əhəmiyyətli olub.
Bütün bunlar postmünaqişə dövründə Azərbaycanın öz hədəflərinə doğru inamla addımladığını, qarşıya qoyu¬lan məqsədlərin həyata keçirilməsi istiqamətində ardıcıl və prinsipial bir siyasət yürütdüyünü nümayiş etdirir. Bu siyasətin nəticələri isə göz qabağındadır. Artıq Ermənistan beş baza prinsipini, o cümlədən Azərbaycanın ərazi bütövlüyü¬nü qəbul etdiyini və bu xüsusda ölkəmizə qarşı ərazi iddialarından əl çəkdiyini bildirib. Ermənistanın baş naziri Nikol Pa¬şinyanın parlamentdəki son çıxışında beynəlxalq birliyin Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bəyan etməsi də rəsmi İrəvanın etirafı kimi dəyərləndirilə bilər.
Azərbaycanda postmünaqişə dövrü ilə bağlı bütün planlar yerinə yetirilir. Beynəlxalq ictimaiyyət həm siyasi nöqteyi-nəzərdən bu reallıqları qəbul edib, eyni zamanda, bizə olan maraq daha da artıb. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın uğurlarıdır və bu uğurları daha da möhkəmləndirib artırmaq hər bir vətəndaşımızın borcudur. Azər İbişov, RİİB könüllüsü

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir