Cəmiyyət

Könül Məmmədovadan Samir üçün xoş surpriz

Sharing is caring!

İctimai fəal Könül Məmmədova uzun müddətdir xəstə yatağında olan, sağlamlıq imkanı məhdud Səmədov Samir İbrahimoğlunun arzusunu reallaşdırıb. Tovuz rayon Aşağı Quşçu kənd sakini Samir serebral iflic xəstəliyindən əziyyət çəkir. Samirin izafi ehtiyaclarını qarşılamaq üçün yaşlı anası onun qulluğunda dayanır. Bütün bunlarla yanaşı Samirin əlil arabasına ehtiyacı olduğundan o aidiyyatı qurumlara müraciət edib. Uzun müraciətlər isə heç bir nəticə verməyib. Sosial şəbəkə vasitəsi ilə Könül Məmmədovaya yazan Samir bir müddətdən sonra çoxdan həsrətində olduğu arabaya qovuşub. 
K.Məmmədova deyib ki, arabanın alınması və onun ünvana çatdırılmasında bir sıra şəxslərdən dəstək alıb. Dəstək göstərən şəxslər Türkiyədə Uşaq Oyunları və İdman Klubları Fedarasiyasının başqanı Mehmet Mutlu, Türkiyənin Gəncə şəhərində yerləşən konsulluğunun nümayəndəsi Özkan bəy və dəyərli iş adamı Cavid Babayev, Farzin Sagha Atilla, Rəvan Sultanov olub.

K. Məmmədova Samir Səmədovun ailəsi və öz adından bu işdə əziyyəti keçən hər kəsə dərin təşəkkürlərini bildirib.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir