Cəmiyyət

Xəstələrin Ümüd yeri

Sharing is caring!

Bütün dünya ölkələri arasında sürətlə yayılmaqda davam edən, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində ölkəmizdə bu gün də geniş tədbirlər həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələrinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində lazım olan bütün zəruri işlər görülür.Hər kəsə yaxşı məlumdur ki, koronavirusla mübarizədə həkimlərin, tibb işçilərinin rolu olduqca böyükdür. Xəstə yaxınlarının ümid yerinə çevrilən həkimlərin və tibb işçilərinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində gördükləri işlər danılmazdır. Koronavirus kimi təhlükəli virusa qarşı mübarizədə ön cəbhə “əsgərlərimiz” həkimlərimiz və tibbi xidmət personalıdır. Onlar mürəkkəb şəraitdə gərgin əmək sərf edərək sutka ərzində demək olar ki, fasiləsiz çalışırlar.Bu gün İmişli Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Yoluxucu xəstəliklər şöbəsində, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışan həkimlər və tibb işçiləri də ölkəmizdə yaşanan bu çətin vəziyyətdə, xüsusi karantin rejimi dövründə koronavirusla mübarizədə əsl güc, dəyanət nümayiş etdirirlər. Vəzifə səlahiyyətlərini şərəflə yerinə yetirərək üzərilərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışırlar.Bu gün ” Tarixin Səhifələri ” qəzetinin əməkdaşları  İmişli rayon mərkəzi  Xəstəxanasında, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışan əməkdaşlarla görüşüb, qayğıları ilə maraqlanıblar.Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində qazanılan uğurlardan danışan Baş həkimin müavini Elnur Qasımov  Azərbaycan dövlətinin səhiyyənin inkişafına böyük qayğı göstərdiyini qeyd edib. Baş həkimin müavini Elnur Qasımov koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində Azərbaycanda həyata keçirilən təxirəsalınmaz tədbirlərdən də danışıb. Respublika Prezidenti İlham Əliyevin atdığı qətiyyətli addımlar, xalqımıza göstərdiyi diqqət və qayğı sayəsində bu gün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində görülən bütün işlərin məhz vətəndaşların sağlamlığının qorunmasına yönəldiyini vurğulayıb. Elnur Qasımov bildirib ki, istər ölkə rəhbəri İlham Əliyevin, istərsə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqın yanında olması, ölkə vətəndaşlarına çağırışlar etməsi bir daha onu sübut edir ki, Azərbaycanda vətəndaş amili, xüsusilə də onların sağlamlığı və təhlükəsizliyi hər zaman prioritet sahə olub və bundan sonra da olacaq.“Biz yaxşı bilirik ki, pandemiya dövründə bu virusla mübarizədə İmişli Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Yoluxucu xəstəliklər şöbəsində çalışan həkimlərimizlə yanaşı, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışan əməkdaşlarımız da böyük əzmkarlıq, əsl dəyanət nümayiş etdirirlər”, – deyən Elnur həkim onların əziyyətini yüksək qiymətləndirib.Dövlətimizin, ölkə başçısının qayğısı, həkimlərimizin, tibb işçilərimizin əzmkarlığı sayəsində ölkəmizdə bu bəlanın tez bir zamanda aradan qalxacağını qeyd edib və koronavirusla mübarizədə gərgin əmək sərf edən tibb işçilərinə gələcək işlərində uğurlar arzulayıb.İmişli Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin  müavini Elnur Qasımov, karonavirus pandemiyası ərəfəsində xəstəxanada çalışan həkimlər Əliyeva Könul, Cəfərov Tərlan , Şabanov Elşad , Əmirova Gülşən, Gülmalıyev Pərviz əməyinin danılmaz olduğunu xüsusi vurğulayıb.Sonda E. Qasımov vurğuladı ki, karonavirus xəstələrinə lazim olan tibbi dərman vasitələri dövlət tərəfindən yetərincə  ödənilir və heç bir çətinliyimiz yoxdur.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir