Cəmiyyət

Bakıda 21 yaşlı qız itkin düşüb

Sharing is caring!




Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yaşayan, ruhi əsəb xəstəliyindən əziyyət çəkən, 2003-cü il təvəllüdlü Əfsanə Comərd qızı Əzimova yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, onun əlamətləri: boyu 165 sm, dolu bədən quruluşlu, saçları qısa qararəngli, gözləri qəhvəyidir.

Onun harada olması barədə məlumatı olan şəxslərdən DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Xəzər Rayon Polis İdarəsinə, o cümlədən 3-cü Polis Şöbəsinə (012) 456-03-02
(012) 590-72-03, 051-571-03-11, 055-233-22-34, 055-211-81-74 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, Ə.Əzimova bundan əvvəl də dəfələrlə yaşadığı ünvanı xəbərsiz tərk edib və polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir