Cəmiyyət

Yararsız avtobus dayanacaqları sürücülərin cərimələnməsinə səbəb olur – ŞİKAYƏT + VİDEO

Sharing is caring!




Tovuzda avtobus dayanacaqları yararsız vəziyyətdə olduğundan sürücülər və sərnişinlər çətinlik yaşayırlar.

Xezerxeber.az-ın məlumatına görə, marşrut sürücüləri iddia edirlər ki, 20 kilometrlik marşrut xətti boyunca cəmi səkkiz dayanacaq mövcuddur.

Onların da çoxu yararsız vəziyyətdə olduğundan sərnişinlər orada gözləmirlər. Marşrut sürücüləri məcburən dayanacaqdan kənar saxladıqları üçün cərimə edilirlər. Lakin onlar bundan narazıdırlar.

Sürücülər mövcud durumu dayanacaq sayının az olması və olanların da ara məsafəsinin həddindən çox olması ilə əlaqələndirirlər.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir