Cəmiyyət

Ağsuda təcili tibbi yardım xidmətinin əməkdaşlarına xəsarət yetirilib

Sharing is caring!




Ağsuda təcili tibbi yardım xidmətinin əməkdaşlarına xəsarət yetirilib.

APA xəbər verir ki, rayon sakini Samit Hüseynov Ağsu rayon təcili tibbi yardım əməkdaşları – həkim-feldşer, 1962-ci il təvəllüdlü Zöhrab Babacan oğlu Şikarova və təcili tibbi yardımın sürücüsü, 1990-cı il təvəllüdlü Elnur Xasıyevə xəsarət yetirib. Hər iki şəxs rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov  bildirib ki, xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin olunub, tərəflərin izahatları alınıb və hazırda araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir