Cəmiyyət

Naxçıvanda avtomobil piyadanı vurub

Sharing is caring!




Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə şəhərin Nağı Əliyev və Cəlil Məmmədquluzadə küçələrinin birləşməsində qeydə alınıb.

Avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 1956-cı il təvəllüdlü Hədiyyəbanu Baba qızı Babayevanı vurub.

O, Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir