Cəmiyyət

Azərbaycanda cəza çəkən xarici vətəndaş öz ölkəsinə ekstradisiya olunub

Sharing is caring!




Azərbaycanda cəza çəkən xarici vətəndaş öz ölkəsinə ekstradisiya olunub.

Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Məlumata əsasən, Baş prokurorluq tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Qazaxıstan Respublikasının Baş Prokurorluğunun vəsatəti əsasında Azərbaycan Respublikasının ərazisində cəza çəkən həmin ölkənin vətəndaşı Qabitov Rinat Tursuntayeviçin 3 ay müddətinə Qazaxıstan Respublikasına verilməsi haqqında qərar qəbul olunub.

Bildirilib ki, Qazaxıstan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən istintaqı aparılan cinayət işi üzrə Rinat Qabitovun mütəşəkkil dəstənin yaradılması, təkrar törədilən iqtisadi qaçaqmalçılıq və gömrük ödənişlərinin ödənilməsindən boyun qaçırma cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Qeyd olunub ki, Rinat Qabitov aprelin 10-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Qazaxıstan Respublikasının səlahiyyətli orqanlarının əməkdaşlarına təhvil verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir