Cəmiyyət

Gəncə şəhər sakinləri sahibsiz itlərlə üz-üzə: Uşaqlar dərsə gedə bilmirlər – ŞİKAYƏT + VİDEO

Sharing is caring!




Gəncə şəhər sakinləri sahibsiz itlərin hücumu ilə üzləşdiklərini iddia ediblər.

Bununla bağlı Oxu.Az-ın redaksiyasına şikayət ünvanlayan sakinlər vəziyyətin olduqca təhlükəli həddə olduğunu bildiriblər.

Onlar qeyd ediblər ki, sahibsiz itlərə görə övladları məktəbə gedə bilmir:

“Gəncə şəhəri 3-cü mikrorayon ərazisində yerləşən 19 saylı tam orta məktəbin şagirdləri dərsə getməkdə çətinlik çəkirlər. İtlər sürü halında ərazidə dolaşırlar. Tez-tez uşaqlara da hücum çəkirlər. Şikayət etsək də, məsələ ilə bağlı heç bir tədbir görülmür. Çox çətin və köməksiz vəziyyətdəyik”.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu göndərilib. “Toplan” sahibsiz itlərə qayğı mərkəzindən isə zənglərə cavab verilməyib.

Həmin görüntüləri təqdim edirik:

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir