Cəmiyyət

Daşkəsən rayonunun Xoşbulaq kəndi tullantılardan təmizlənib – YENİLƏNİB + FOTO

Sharing is caring!




Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində məişət tullantılarının ətrafa atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət  araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmətdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, tullantıların qalaqlandığı ərazi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında Daşkəsən Rayonu Xoşbulaq kənd icra nümayəndəliyinin əməkdaşları tərəfindən  təmizlənməsi təmin edilib.

“Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə  yerli icra nümayəndəliyinə tapşırıq verilib”.

13:00

Daşkəsən rayonunda sakinlər məişət tullantılarının ətrafa atılmasından şikayətlənirlər.

Bununla bağlı Oxu.Az-a vətəndaş tərəfindən şikayət ünvanlanıb. Belə ki, söhbət rayonun Xoşbulaq kəndindən gedir. Fotolardan da göründüyü kimi, məişət tullantıları ərazidə antisanitar vəziyyət yaradıb.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova ilə əlaqə saxladıq.

İ.İbrahimova Oxu.Az-a açıqlamasında bildirib ki, tullantıların qalaqlandığı ərazi ilə əlaqədar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılacaq:

“Əraziyə cavabdeh aidiyyəti icra orqanları tərəfindən tullantıların qalaqlandığı sahənin təmizlənməsi təmin ediləcək”.

Daşkəsən Rayon İcra Hakimiyyətinin aidiyyəti şöbəsindən isə telefon zənginə cavab verən olmadı.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir