Cəmiyyət

Məmmədli kəndi suyun içində qalıb – VİDEO

Sharing is caring!

Son günlər davam edən yağışlı hava şəraiti daha bir ərazidə nəqliyyatın hərəkətində çətinlik yaradıb.

Oxu.Az xəbər verir ki, söhbət Abşeron rayonu Məmmədli kəndindən gedir. Sakinlər yağış yağdıqdan sonra küçədə, avtomobil yollarında hərəkətin mümkünsüz olduğunu deyiblər:

“Yağış yağdısa, Məmmədli kəndi suyun içərisində batır. Hər yer sudur, maşınlar suyun içərisində qalıb”.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, ötən gün Xırdalan şəhərində aramsız yağan yağış səbəbindən yollarda nəinki piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkəti mümkünsüz olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir