Cəmiyyət

Avropa qitəsində Azərbaycan qazına tələbat ildən-ilə artacaq.

Sharing is caring!

   Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev şənbə günü Bakıda Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra bəyan edib ki “Avropa qitəsində Azərbaycan qazına tələbat ildən-ilə artacaq. Bizim həm resurslarımız var, həm də sərmayə qoymaq üçün maliyyə imkanlarımız var, Gürcüstan kimi etibarlı dostlarımız var ki, tranzit imkanları genişdir. Belə olan halda bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir”.

   Hamıya məlumdur ki, artıq ölkəmizin Avropaya qaz təchizatının coğrafiyası xeyli genişlənmişdir. Hal-hazırda Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan da 6-sı Avropanın payına düşür. Son illər isə “köhnə qitə”də getdikcə genişlənməkdə olan interkonnektorlar şəbəkəsi də öz mənbəyini məhz bir başa Cənub Qaz Dəhlizindən götürür. Özünün karbohidrogen resursları ilə Avropanın enerji xəritəsini zənginləşdirən Azərbaycan keçın zaman ərzində şaxələndirilmiş ixrac sistemini yaratmışdır. Çox növlü ixrac sistemlərinin operativ və əlaqəli işini təmin etmək üçün ölkəmizin potensialı daha çoxdur.

Hüseyn Eynullayev

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı                        

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir