Cəmiyyət

Qarşıdan gələn illərdə tərəfdaşlarımızın sayı artacaq.

Sharing is caring!

          NATO Baş katibİ Yens Stoltenberq Azərbaycanın bir neçə NATO müttəfiqi ilə sıx əlaqələrini inkişaf etdirməsini alqışlayıb və ölkənin qazın çatdırılmasında, eləcə də gələcəkdə enerjinin, yəni elektrik enerjisinin Avropada NATO-nun əsas müttəfiqlərinə ötürülməsində daha mühüm rol oynayacağını bildirib. Bu arada o da Azərbaycan Ordusunun sülhyaratma əməliyyatlarında iştirakını qeyd edib.“Bundan əlavə, təbii ki, bu regionda sülh bölgə xalqları, ölkələri üçün çox vacibdir, o, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhəmiyyətlidir. Buna görə də sülh və sabitlik nəinki burada, həmçinin daha geniş miqyasda təhlükəsizlik üçün vacibdir”.Onun fikrincə, uzun illərin münaqişəsindən sonra Azərbaycanın hazırda davamlı sülhə nail olmaq imkanı var.“Siz söylədiyiniz kimi, sülh sazişinə heç vaxt olmadığı qədər yaxın olmağınızla bağlı sözlərinizi yüksək qiymətləndirirəm. Mən Ermənistanla dayanıqlı sülh sazişinə nail olmaq üçün həmin fürsətdən istifadə etməyinizdə Sizi dəstəkləyirəm”.NATO-nun Baş katibi bəyanatında Rusiya-Ukrayna müharibəsinə də toxunub.“Həmçinin qeyd etmək vacibdir ki, əgər daha geniş regiona nəzər salsanız, Ukrayna da Qara dəniz ölkəsidir. Bu ölkə NATO-nun tərəfdaşıdır və Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəni davam etdirir. NATO müttəfiqləri hazırda gedən müharibənin fəsadlarından çox narahatdır və NATO müttəfiqləri Ukraynaya dəstək göstərirlər. Mən Azərbaycanın Ukraynaya göstərdiyi çox zəruri dəstəyi alqışlayıram. Söhbət çox zəruri olan humanitar yardımdan gedir, lakin daha çox dəstəyə ehtiyac var, çünki Ukraynadakı vəziyyət olduqca ağırdır”, o qeyd edilib. Biz əminik və inanırıq ki, Möhtərəm  Prezidentimiz Ali Baş Komandan  İlham Əliyev müdrük siyasətiilə dövlətimizin və xalqımızın suverenliyi naminə bütün sahələrdə inkişaf etməsi üçün nəlindən gələni edəcəkdir.

Mehriban Mənəfova

Saatlı rayon MKS-nin baş kitabxanaçısı 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir