Cəmiyyət

Dəhşətli faciədə yanan azyaşlının anası: “Əllərindən utanır” – FOTO

Sharing is caring!

Şamaxıda baş verən bədbəxt hadisə zamanı xəsarət alan səkkiz yaşlı qızın yenidən yardıma ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Ülviyyə Niyazova məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib:

“Həmin gün həyat yoldaşım Zaur Niyazov işdə idi. Mən isə mağazaya getmişdim. Bu zaman evdə qısaqapanma olub və ev tamamilə yanıb. 2017-ci il təvəllüdlü oğlum Ayaz Niyazov və 2015-ci il təvəllüdlü qızım Təranə Niyazova yanıq xəsarətləri alıblar. Qızım daha çox yanıb. Ona dördüncü dərəcəli yanıq xəsarəti diaqnozu qoyulmuşdu. Hadisədən aylar keçsə də, qızımın vəziyyəti yaxşı deyil. Onun hər iki əli əməliyyat olunub. Budundan dəriköçürmə əməliyyatı edilib. Yardımsevər şəxslərin dəstəyi ilə onun əməliyyatının pulunu qarşılaya bildik. Lakin əlimizdəki pul tükəndiyi üçün müalicəni apara bilmirik. Maddi vəziyyətimiz evimiz yanandan sonra çox ağırlaşıb. Qızımın bu vəziyyətinə görə onu yenidən Bakıya aparmaq istəyirəm. Həkim qızımın əlinin müalicəsi və masajları üçün 900 manat pul lazım olduğunu deyib. Bizim isə bu müalicəni etdirməyə imkanımız çatmır. Qızım artıq özündən utanır. Əllərini gizlədir. Yaşıdları ilə görüşmək istəmir. İmkanlı şəxslərdən bizə yardım göstərmələrini xahiş edirəm”.

Ailə ilə əlaqə nömrəsi: (051) 660-76-38.

Bank Respublika: 5235 2222 3594 3723.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir