Cəmiyyət

Gəncə sakinləri mavi yanacaq problemi yaşayırlar – VİDEO

Sharing is caring!

Gəncə sakinləri mavi yanacaq problemi yaşayırlar.

Xezerxeber.az-ın məlumatına görə, Gəncənin Məhsəti qəsəbəsinin 34-36-cı küçələrinin sakinləri evlərinə mavi yanacağın çəkilməməsindən şikayətçidirlər. 

Kimi odun-ağacla isinir, kimi elektrik sobasıyla. Elə mətbəxdə də ya maye qazdan, ya da elektrikdən istifadə edirlər.

Qəsəbədə yeni salınan küçələrin bəzilərinə qaz çəkilsə də, bəzi küçələrin sakinləri hələ də problem yaşamaqda davam edirlər.

Sakinlər bildiriblər ki, qazla təmin olunmayan yeni küçələrdə ümumilikdə 200-ə yaxın ev bu məsələdən əziyyət çəkir.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, Məhsəti qəsəbəsinin bir hissəsinin qazlaşması birliyin gündəmindədir.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir