Cəmiyyət

Biləsuvarda avtomobil elektrik dirəyinə çırpıldı

Sharing is caring!

Biləsuvarda avtomobil elektrik dirəyinə çırpılıb, yol təsərrüfatına ziyan dəyib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhərinin mərkəzi hissəsində qeydə alınıb.

Belə ki, idaretməni itirən avtomobil yolun kənarında elektrik dirəyinə çırpılıb. Nəticədə dirək aşıb və istinad divarı zədələnib. Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir