Cəmiyyət

Bakının mənzərəsini yüksəklikdən seyr etməyi sevənlərin diqqətinə: Məşhur attraksion yenidən açıldı

Sharing is caring!

“Yeni Bulvar”da yerləşən “şeytan çarxı” yenidən istifadəyə verilir.

Oxu.Az xəbər verir ki, bir müddət əvvəl təmirə bağlanan attraksiona baxış keçirilməsi məqsədilə Niderlanddan ekspertlər dəvət olunublar. Onlar çarxın istismara yararlılığına dair rəy veriblər.

Qeyd edək ki, attraksion 2014-cü ildən fəaliyyət göstərir. Diametri 60 metr olan attraksionda hərəsində səkkiz nəfər üçün yer olmaqla 30 kabinə var.

Təhlükəsizlik səbəbindən küləkli hava şəraitində attraksionun fəaliyyəti dayandırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir