Cəmiyyət

“Bakı Kristal Zalı”nın rəhbəri dəyişib

Sharing is caring!

Elçin Məmmədov Gənclər və İdman Nazirliyinin tabeliyindəki “Bakı Kristal Zalı” MMC-nin baş direktoru təyin edilib.

Oxu.Az xəbər verir ki, o bu vəzifədə Murad Rəhimovu əvəz edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 7 noyabr 2023-cü il tarixli qərarı ilə “Bakı Kristal Zalı” Gənclər və İdman Nazirliyinin tabeliyinə verilib.

“Bakı Kristal Zalı” 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manatdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir