Cəmiyyət

QMİ rəsmisindən ETİRAZ: “Ramazandan istifadə edib insanları aldadırlar”

Sharing is caring!

“Bir adam günah, yaxud da səhv edirsə, cəzasını çəkməlidir. İnsanları aldatmaq isə böyük günahdır”.

Bunu “Qaynarinfo”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi hacı Fuad Nurullayev bəzi restoranlarda gündüz saatlarında 15 manata olan menyunun axşamlar iftar süfrəsində 25-55 manata təklif olunmasına münasibətində deyib. 

Hacı Fuad Nurullayevin sözlərinə görə, restoranlarda iftar süfrəsinin vətəndaşlara baha təklif edilməsi ilə bağlı icra hakimiyyətləri məşğul olmalıdırlar:

“Həmin orqanlar restoranların fəaliyyətini tənzimləyirlər. Restoranların rəhbərliyindən soruşmaq lazımdır ki, sizin insafınız, ədalətiniz harada qalır? Bu restoranları işlədənlərdən soruşmaq lazımdır ki, niyə belə edirsiniz? Bu adamlar Ramazandan istifadə edib insanları aldadır, günaha batırlar. İnsanlar, belə şeylər etməyin, günahdır. Dinimiz deyir ki, insanın bir məhsulu maya dəyərindən bir qat yarımdan baha satmaq hüququ yoxdur”. 

Hacı Fuad Nurullayev özünün heç vaxt iftarını restoranlarda açmadığını vurğulayıb:

“İstisna hal ola bilər. Niyə getmirəm? Restoranda yeməklərin hansı yağla bişirildiyi bilinmir. O restoranlara getmək olar ki, orada işləyənləri tanıyasan, ortaya halal tikə qoysunlar qarşına”. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir