Cəmiyyət

Gəncədə beşmərtəbəli yaşayış binasında yanğın olub

Sharing is caring!


Gəncə şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 70 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxində mebel iki kvadratmetr sahədə, bir ədəd paltaryuyan maşın və bir ədəd qaz sobası yanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir