Cəmiyyət

Düşdüyü qəzadan sonra yatağa məhkum olan Şahnazın dəstəyə ehtiyacı var – FOTO

Sharing is caring!


38 yaşlı Şahnazın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun atası Yavər Muradov məlumat verib.

O bildirib ki, qızı Şahnaz Muradova yanvarın 16-sı qəza keçirib:

“Şahnazın 38 yaşı var. Yanvarın ayının 16-sı Heydər Əliyev prospektində avtomobil onu vurub. Həmin gün onu xəstəxanaya yerləşdirmişik. Qəza nəticəsində qızımın boyun və 12-ci fəqərə sümüyü qırılıb, ağciyəri deşilib. Qızım əməliyyat olunub, boynuna implant taxılıb. İmkanımız olmadığı üçün müalicəni xəstəxanada davam etdirə bilmədik, evə çıxdıq. Hazırda Şahnazın müalicələrini evdə davam etdiririk”.

Yavər Muradov qızının qəzadan sonra aşağı ətraflarının işləmədiyini bildirib.

“Qəzadan sonra Şahnazın sol qolu və aşağı ətrafları işləmir. Yoldaşım xərçəng xəstəsidir, Şahnazın qəzasından bir müddət əvvəl beyninə qan sızdığı üçün əməliyyat olunmuşdu. İnanın maddi olaraq heç nəyi çatdıra bilmirəm. Özüm təqaüdçü adamam, qəzadan sonra onlara qulluq etmək üçün işləyə də bilmirəm. Şahnazın günlük müalicəsi üçün 300-350 manat pul xərcləyirik. Dərmanları, iynələri və s. Hər gün tibb bacısı gəlib onu yoxlayır. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (050) 337-59-00.

Kapital Bank: 5239 1517 0216 7753.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir