Cəmiyyət

Azərbaycanlı gənc aşpazların qatıldığı olimpiadanın qalibi olub – FOTO

Sharing is caring!


Hindistanda Beynəlxalq Hotel İdarəetmə İnstitutunun təşkilatçılığı ilə gənc aşpazların iştirak etdiyi “Young Chef Olympiad – 2024” olimpiadası keçirilib.

Yarışda Azərbaycanı gənc və istedadlı aşpaz Leyla Vəliyeva təmsil edib.

Öz kulinariya bacarığını nümayiş etdirən gənc aşpazımız olimpiadanın qızıl kubokunu qazanıb.

Öz növbəsində Hindistanın Azərbaycanda yerləşən səfirliyi azərbaycanlı aşpaz Leyla Vəliyevanı bu uğur münasibətilə təbrik edib.

“Bu uğur Azərbaycanın zəngin kulinariya ənənələrinin sübutudur. Təbriklər Azərbaycan Komandası!” – səfirliyin paylaşımında qeyd olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir