Cəmiyyət

Bakıda yeniyetmə qız 12-ci mərtəbədən yıxıldı

Sharing is caring!


Bakı şəhər Nəsimi rayonu ərazisində yeniyetmə qızın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, Akademik Feyzulla Qasımzadə küçəsi, bina 25 ünvanında 2010-cu il təvəllüdlü Şeyla S. (şərti adlı) 12-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yıxılıb.

14 yaşlı qız hadisə yerində dünyasını dəyişib.

Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir