Cəmiyyət

Binəqədidə iti döyən şəxs cərimələnib – VİDEO

Sharing is caring!

Binəqədi rayonunda hər gün iti vəhşicəsinə döyən şəxs cərimə edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, sosial şəbəkələrdə Binəqədi rayonunun Biləcəri qəsəbəsində itin qeyri-insani rəftara məruz qalaraq döyülmə videosu yayılıb:

“Həmin görüntülərdəki şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib və Polis Bölməsinə dəvət olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü (heyvanlarla rəhmsiz rəftar edilməsi) maddəsi üzrə protokol tərtib edilib və həmin şəxs 500 manat məbləğində cərimələnib”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir