Cəmiyyət

Masallıda evdə yanğın olub – VİDEO

Sharing is caring!


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Masallı rayonunun Ərkivan qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Oxu.Az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının üçotaqlı fərdi yaşayış evinin bir otağında baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

Hadisə nəticəsində ümumi sahəsi 146 kvadratmetr üçotaqlı fərdi yaşayış evinin bir otağının və dəhlizinin yanar konstruksiyaları 30 kvadratmetr sahədə, dam örtüyü 45 kvadratmetr sahədə yanıb.

Evin böyük hissəsi yanğından mühafizə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir