Dünya

Vilnüs hava limanından 100-ə yaxın insan təxliyə edilib

Sharing is caring!


Litvanın Vilnüs hava limanına bomba təhlükəsi ilə bağlı anonim zəng daxil olub.

Bu zəngdən sonra sərnişinlərin bir hissəsi, təxminən yüz nəfər hava limanından təxliyə edilib.

Bu barədə Litva aeroportunun operatoru xəbər yayıb.

“Dərhal bütün xüsusi xidmət orqanları məlumatlandırılıb, aeroportun əraziləri yoxlanılır və vəziyyət qiymətləndirilir. Paytaxt hava limanının gəliş və buraxılış terminallarının ümumi yerlərinin yoxlanılması və məlumatların qiymətləndirilməsi zamanı sərnişinlər təxliyə ediliblər”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, polisə xəbəri hava limanının təhlükəsizlik rəisi məlumat verib. Hazırda hava limanının əməkdaşları onu yoxlamaqla məşğuldurlar.

Mənbə: interfax

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir