Cəmiyyət

Şimal bölgəsinə qar yağdı – FOTO/VİDEO

Sharing is caring!


8 Mart – Beynəlxalq Qadınlar Günündə şimal bölgəsinin sakinləri təbiətin xoş sürprizi ilə qarşılaşıblar.

Bizim.media xəbər verir ki, Quba və Qusar rayonlarının dağlıq ərazilərinə qar yağıb.

Ən çox qar Qubanın Xınalıq kəndinə yağıb – 6 sm. Xınalıqda, həmçinin 6 dərəcə şaxta qeydə alınıb. Qrız kəndində isə qarın hündürlüyü 3 sm, havanın temperaturu isə mənfi 6 dərəcə olub. 

Bundan əlavə, Qusarın Laza və Həzrə kəndlərinə də qar yağıb.

Qeyd edək ki, baharın ilk ayında qar yağması el arasında bolluq-bərəkət rəmzi hesab olunur. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir