Cəmiyyət

İsmayıllıda can verən atları kəsən şəxs ifşa edilib

Sharing is caring!

İsmayıllıda aqoniya (canvermə) halında olan iki at kəsilib. Həmin heyvanların 210 kq ətinin satışa çıxarılmasının qarşısı alınıb.

Bu barədə Oxu.Az-a  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Belə ki, Agentlik əməkdaşları tərəfindən Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş reyd zamanı İsmayıllı rayonu, Yuxarıbaş kəndində vətəndaş Ziliyev Vüqar Təşkilat oğluna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində ümumi çəkisi 210 kq olan iki baş at cəmdəyi qalıqları aşkarlanıb. İlkin araşdırmalar nəticəsində heyvanın aqoniya halında kəsildiyi və istehlaka yararsız olduğu müəyyən edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsulun toxunulmazlığı təmin edilib və nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir