Cəmiyyət

Hikmət Hacıyev 8 Mart təbrikini Azərbaycanın qadın minatəmizləyənlərinə həsr edib – FOTO

Sharing is caring!


Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.

H.Hacıyev paylaşımını işğaldan azad edilən ərazilərimizdə minatəmizləmə işi ilə məşğul olan qadınlarımıza həsr edib.

“Humanitar minatəmizləmə ilə məşğul olan, minalanmış tarlalarda öz həyatlarını təhlükəyə ataraq, torpaqlarımızı Ermənistanın əkdiyi “ölüm toxumu”ndan qarış-qarış təmizləyən və bununla da insanların həyatını xilas edən Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm. Bir insanın həyatını xilas etmək dünyanı xilas etmək deməkdir!” – deyə H.Hacıyev paylaşımında qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir