Cəmiyyət

Füzuli sakini: “Qaradağda yataqxanaya sığınmışdıq, indi isə doğma yurdumuza köçürük”

Sharing is caring!


“Bu gün sevincimizin həddi-hüdudu yoxdur, doğma yurdumuza qayıdırıq”.

Bunu Oxu.Az-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Xatın Şirinova deyib.

O bildirib ki, bu günə qədər Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən yataqxanada, çətin şəraitdə yaşayıb:

“Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən yataqxanada məskunlaşmışdıq. Bu gün isə doğma yurdumuza köçürük. Övladlarım ötən köçdə Füzuli şəhərinə gediblər. Bu gün isə mən həyat yoldaşımla gedirəm. Bu günləri biz illərdir arzulamışıq. Şükür ki, arzularımıza qovuşduq. Bu günü bizə yaşadan Ali Baş Komandana, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Xatırladaq ki, bugünkü köç də daxil olmaqla ümumilikdə 332 ailənin (1 183 nəfər) Füzuli şəhərində məskunlaşması təmin edilib.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir