Cəmiyyət

Bakıda yaşayış binasının zirzəmisində narkotik tapıldı – FOTO

Sharing is caring!


Bakıda yaşayış binasının zirzəmisində səkkiz kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Emin Müşviq oğlu Vəliyevə məxsus ümumi çəkisi səkkiz kiloqram 300 qram olan qurudulmuş marixuana Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən yaşayış binasının zirzəmisində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir