Cəmiyyət

Azərbaycan qazı yeni mənbədir.

Sharing is caring!

Cənub Qaz Dəhlizinin seqmenti olan Trans-Adriatik Qaz Boru Kəmərinin istifadəyə verilməsi ilə Azərbaycanda hasil olunan təbii qazın Avropa bazarına birbaşa boru xətləri vasitəsilə nəqli ölkəmizin etibarlı tərəfdaş kimi nüfuzunu daha da artırır. İtaliyanın qazpaylayıcı şəbəkəsinə birləşdirilib. TAP vasitəsilə Yunanıstana və Bolqarıstana çatdırılan, dünya bazarına  idxal edilən enerji resursları Azərbaycanın şaxələndirmə siyasətinin böyük uğurudur. TAP üzərindən Azərbaycan qazının Avropaya nəqli Cənub Qaz Dəhlizini ərsəyə gətirir. Azərbaycan qazının tarixdə ilk dəfə Avropa bazarına çatdırılması SOCAR-ın, layihədə iştirak edən tərəfdaş ölkələrin birgə səylərinin nəticəsidir. Nəticədə bəzi Avropa ölkələri yeni mənbədən alternativ marşrut üzrə təbii qaz əldə etməklə enerji təhlükəsizliyini gücləndirmək imkanı qazandı. Bu uğur Avropanın səmərəli təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edib strateji əhəmiyyət daşıyan TAP enerji təhlükəsizliyini möhkəmləndirmək istəyən digər ölkələr üçün əlavə imkanlar açır. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu danılmazdır. Bu gün Azərbaycan Avropa İttifaqı ilə birlikdə Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edir. Avropaya satılan qazın həcmində ciddi artım proqnozlaşdırılır. Rusiyadan tədarüklərə alternativ olaraq yalnız “Cənub Qaz Dəhlizi” nəzərdən keçirilə bilər ki, bu da Azərbaycandan İtaliyaya ildə 10 milyard kubmetrə qədər qaz tədarük etməyə imkan verəcək. Bu layihə bəzi ölkələrdə Rusiya qazının payını azaltmağa kömək edəcək, Avropaya daha çox qaz satışı Azərbaycan üçün daha çox gəlir əldə edilməsi deməkdir.

Dünya bazarlarında qaz kimi, neft də sürətlə bahalaşmaqda davam edir. Qlobal enerji böhranı dünya üzrə təbii qaz və kömürün qiymətlərinin kəskin artımına gətirib çıxarmışdır. Bu gün bütün dünyada neft və qaz hasilatına investisiyaların azalmasının davam etməsi narahatlıq doğurur. Çünki bu, gələcək neft və qaz hasilatını məhdudlaşdırır. Bu da ümumi istehsal imkanlarına təsir göstərir. Neft sənayesində əsaslı xərclər indi bir neçə il əvvəlkindən xeyli aşağıdır. Bir çox ekspertlər hesab edir ki, bu tendensiya neft şirkətlərinin iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid səbəbindən artıq neft və qaz hasilatına böyük məbləğdə vəsait yatırmaq niyyətində olmadığından irəli gəlir. İstehsalata investisiyaların azaldılması bu onilliyin sonunda xam neft üzrə təkliflərin çatışmazlığına gətirib çıxarır. Bu da qarşıdakı illər ərzində təbii qaza olan qiymət artımını sürətləndirəcək. Azərbaycan neft və qaz satışından qarşıdakı illər ərzində də yüksək gəlir əldə etmək imkanı qazanacaq.

Fərəcov Nazim

Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir