Cəmiyyət

Yaz smenstrində təhsil krediti alan tələbələrin sayı AÇIQLANDI

Sharing is caring!


2023-2024-cü tədris ilinin yaz semestrində Təhsil Tələbə Krediti (TTK) almaq üçün müraciət edən tələbələrin bu günə olan statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan bildirilib ki, yaz semestri ərzində 4 024 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 569 nəfərin müraciəti natamam olub, 863 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 188 nəfərin müraciətinə imtina cavabı verilib, 387 nəfərin müraciəti isə banka yönləndirilib.

Yaz semestri üzrə 2017 nəfərə TTK verilib. Onların arasından 578 nəfərin müraciəti sosial TTK, 1439 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir