Cəmiyyət

Xırdalanda küçə itləri təhlükə saçdı – VİDEO

Sharing is caring!


Sahibsiz itlər Xırdalan sakinlərinin rahatlığına haram qatıb.

Bu barədə Oxu.Az-a Xırdalan sakinləri məlumat veriblər.

Sürü ilə gəzən bu itlər Mehdi Hüseynzadə küçəsində hazırda var-gəl etməkdədirlər. Dəfələrlə müraciət olunmasına baxmayaraq heç bir aidiyyəti qurum tədbir görmür.

“Həm özümüzün, həm də övladlarımızın həyatı təhlükə altındadır”, – deyə sakinlər bildiriblər.

Qeyd edək ki, mart ayının 3-də “Qobu Park-3”də sahibsiz itlər dördüncü sinif şagirdinə hücum edib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Həmin görüntüləri təqdim edirik:

Əzizə İsmayılova

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir